Messinin qaldığı hotel qarət edildi

Messinin qaldığı hotel qarət edildi

Hazırda oxunan: Messinin qaldığı hotel qarət edildi

39752

PSJ-nin formasını geyinən dünya şöhrətli futbolçu Lionel Messinin qaldığı hoteldə qarət olub.

Bizim.Media “The Sun”a istinadən xəbər verir ki, Messi və ailəsi keçən həftələrdə bu hotelin eyvanından xalqı salamlamışdı. Oğurluq hadisəsi də bu görüntülərdən sonra baş verib.

Oğrular otağa binanın damından eniblər. Hoteldən minlərlə funt sterlinq dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

Basqının edildiyi otaq isə Messinin ailəsi ilə qaldığı nömrənin üstündəki otaqdır.

Soyğuna məruz qalanlardan biri dubaylı maliyyə müşaviridir.

Onun 3 min funt sterlinq dəyərində qızıl boyunbağı, 500 funt sterlinq dəyərində sırğaları və 2 min funt sterlinq pulu aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO