İsveçrənin paytaxtı Stokholmda polis oğlunu 28 il azad yaşamaqdan məhrum edən 70 yaşlı qadını saxlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, qadın oğlunu ətrafdan tamamilə təcrid etməkdə ittiham olunur. Qeyd edilib ki, o, hazırda 41 yaşında olan övladını 12 yaşından bəri qapalı həyata məhkum edib.
Cinayətin üstü isə tədsadüf nəticəsində açılıb. Belə ki, 70 yaşlı qadının xəstəxanada müalicə aldığını öyrənən qohumu onun evinə gedib və faktı aşkarlayıb.
“Orda qorxmuş adam gördüm. Dişləri yox idi, çətinliklə yeriyirdi və ayaqlarında yaralar var idi. ”-deyə qadın bildirib.
Hadisənin şahidi gördüklərini qorxu filmlərinə bənzədib:
“Mənzil sanki zibilliyə oxayırdı. Kişi otağın küncündə idi. İşığı yandıran kimi qorxdu”. O, illərdir şübhələndiyini də etriaf edib. Bildirb ki, qohumunun evində nəsə qaydasında deyildi: “Nəsə yolunda getmədiyini söyləyirdim, buna baxmayaraq heç kim məni dinləmirdi”.
Qeyd edək ki, 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:40 / 01.12.2020
Oğlunu 28 il qapalı həyata məhkum edən ana həbs olundu
Hazırda oxunan: Oğlunu 28 il qapalı həyata məhkum edən ana həbs olundu
Hazırda oxunan: Oğlunu 28 il qapalı həyata məhkum edən ana həbs olundu
3973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.