İmran Xan:

İmran Xan: "Pakistan Hindistanla sülh olmasını arzu edir"

Hazırda oxunan: İmran Xan: "Pakistan Hindistanla sülh olmasını arzu edir"

39556

İslamafobiya başqa bir zərərli fenomendir və biz ona qarşı birgə mübarizə aparmalıyıq.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan BMT Baş Assambleyasının 76-cı sessiyasına 24 sentyabr 2021-ci il tarixində ünvanladığı bəyanatda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan “Taliban” hərəkatı ilə dialoqa başlandığını elan etdi


"Dünyanın insan haqlarının pozulmasına yanaşması ədalətli deyildir və əsasən “seçici” prinsipə əsaslanır. Geosiyasi faktorlar və ya korporativ və kommersiya maraqları güclü dövlətləri məcbur edir ki, onlara “bağlı” olan dövlətlərin hərəkətlərinə göz yumsunlar".

O, əlavə edib ki, Pakistan digər qonşuları ilə olduğu kimi, Hindistanla da sülh olmasını arzu edir. Lakin cənubi Asiyada dayanıqlı sülhün əldə edilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Cammu və Kəşmir münaqişəsinin həllindən asılıdır. Və bu həll prosesində Kəşmir xalqının istəkləri də nəzərə alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO