Mark Milli:

Mark Milli: "Taliban”ın terror təşkilatı olduğunu və "Əl-Qaidə" ilə əlaqələrini bilirik"

Hazırda oxunan: Mark Milli: "Taliban”ın terror təşkilatı olduğunu və "Əl-Qaidə" ilə əlaqələrini bilirik"

39198

"Taliban" "Əl-Qaida" ilə əlaqələrini kəsməyib.

Bizim.Media xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib.

"Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - deyə o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.

ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO