Bu gün Londonda Anım günü münasibətilə Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib.
Bizim.Media xəbər verir ki, aksiya çərçivəsində “Azərbaycan müharibə istəmir”, “Müharibə yox sülh”, “Ermənistan tərəfindən dağıdılan Azərbaycan mədəni irsi” yazılan elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-dakı azərbaycanlılar etiraz aksiyası keçirdilər
Bir neçə saat ərzində Parlament Binası, Pikadili küçəsi də daxil olmaqla, Londonun mərkəzi küçələrində hərəkət edən avtomobilin üzərində Ermənistanın gerçək üzünü göstərən, mədəni irsimizin dağıdılması ilə bağlı fotolar nümayiş etdirilib, Azərbaycanın sülh tərəfdarı olması vurğulanıb.(apa)
Bizim.Media