ABŞ İrandan təklif almayıb? – “Biz hazırıq, amma…” 

ABŞ İrandan təklif almayıb? – “Biz hazırıq, amma…” 

Hazırda oxunan: ABŞ İrandan təklif almayıb? – “Biz hazırıq, amma…” 

38670

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın nüvə razılaşması məsələsi ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, ABŞ rəsmilərinin bu barədə İrandan məlumat almadığını diqqətə çatdırıb. 

“Tehranın nüvə razılaşması ilə bağlı danışıqlara tam olaraq nə vaxt qayıdacağı ilə bağlı ABŞ səlahiyyətliləri hələ də İrandan heç bir məlumat almayıb. 

Əlbəttə ki, xarici işlər nazirinin İranın danışıqlar masasına qayıdacağı ilə bağlı bəyanatlarını gördük. Onlardan (İran hakimiyyətindən - Red) “tezliklə” və “çox tezliklə” sözlərinin mənalarını soruşmalısınız.  

Bütün həftə eşitdiyimiz mesaj budur. Ancaq bu günə qədər bunun tam olaraq nə demək olduğunu aydınlaşdıra bilməmişik. Öz tərəfimizdən Vyanaya qayıtmağa hazırıq”, - Ned Prays bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO