Qarabağ həqiqətləri Latviya mətbuatında - FOTO

Qarabağ həqiqətləri Latviya mətbuatında - FOTO

Hazırda oxunan: Qarabağ həqiqətləri Latviya mətbuatında - FOTO

38608

Latviyanın “Riqanın səsi” xəbər portalında jurnalist Vladimir Reşetovun müəllifi olduğu Qarabağ müharibəsi və sonrakı dövrlə bağlı məqalə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, latış və rus dillərində yayımlanan məqalədə Bakıda 30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü münasibətilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərə dair konfransdan bəhs olunub.
 

Yazıda konfransın Azərbaycanın Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və “ADA” Universiteti tərəfindən birgə təşkil edildiyi vurğulanıb.


Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerin səmərəli müzakirələr iştirak apardığı qeyd olunub.

Məqalədə, həmçinin Vətən müharibəsinin Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından azad edilməsi ilə nəticələndiyi, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı məsələnin bir daha beynəlxalq gündəmə gətirildiyi qeyd edilib.
 

Bundan başqa, 1990-cı illərdən etibarən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının əsir və girov götürülməsi, habelə işgəncə və kütləvi qırğınlara məruz qalması və bu xüsusda Xocalı soyqırımı barədə oxuculara geniş məlumat verilib və bu əməllərlə beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.


Yazıda Ermənistanın 25 ildən artıqdır itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırma aparmaq üçün beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyi də xüsusi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO