Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Serger Şefirə qarşı sui-qəsd törədilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "strana.ua" saytı yayıb.
Qeyd olunur ki, Şefirin özü xəsarət almasa da, şəxsi sürücüsü güllə yarası alıb.
"Şefirə atəş açdılar. Sürücü üç güllə aldı. İndi ağır vəziyyətdə reanimasiyadadır. Şefir sağdır, yaralı deyil", - qəzet adı çəkilməyən mənbəyə istinadən yazır.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Şefir “Kvartal 95” studiyasında Zelenski ilə ortaqdır və onun uzun müddətli dostudur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:38 / 22.09.2021
SON DƏQİQƏ: Zelenskinin müşavirinə SUİ-QƏSD edildi - FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Zelenskinin müşavirinə SUİ-QƏSD edildi - FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Zelenskinin müşavirinə SUİ-QƏSD edildi - FOTO
38138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.