Pullarını tələb edən oyunçular DÖYÜLDÜ

Pullarını tələb edən oyunçular DÖYÜLDÜ

Hazırda oxunan: Pullarını tələb edən oyunçular DÖYÜLDÜ

38067

Özbəkistanın "Surxan" komandasının sabiq futbolçuları Javoxir Esonkulov və Akrom Xodjayev rəhbərlikdən məvaciblərini tələb etdikləri üçün döyülüblər.

Bizim.Media xəbər verir ki, bu barədə oyunçular "podrobno.uz" saytına açıqlamasında deyiblər.
 

Klub rəsmiləri deyiblər ki, onlara taxta dəyənəklərlə xəsarət yetiriblər. Esonkulov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, 4 nəfər tərəfindən döyüldüyünü bildirib. 


Daha sonra Esonkulovun həyat yoldaşı Ruşana Mirsadıkova instaqram səhifəsində ərinin fotosunu paylaşaraq, onun fiziki təzyiqə məruz qaldığını yazıb:

"Əvvəlcə klubdan oyunçulara deyilib ki, maaşları ödəməyə hazırdırlar. Bundan sonra onlar ofisə dəvət olunublar. Klubun ofisinə ilk olaraq Xodjayev getdiyi üçün əvvəlcə onu otağa salıblar.
 

Futbolçunu pəncərədən atacaqları ilə bağlı hədələyiblər. Ardınca isə ərimi döyüblər. Hadisənin ört-basdır etmək üçün onlara yeni köynəklər geyindiriblər".


Mirsadıkova klub rəhbərliyinin futbolçuların heç bir quruma müraciət etməmələri üçün onları hədələdiyini əlavə edib:

"Oyunçulara deyilib ki, onsuz da heç kəs sizə kömək etməyəcək".

"Surxan" klubu isə məlumatı təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO