Koronavirusa yoluxanların sayı artır – ÜST-dən AÇIQLAMA

Koronavirusa yoluxanların sayı artır – ÜST-dən AÇIQLAMA

Hazırda oxunan: Koronavirusa yoluxanların sayı artır – ÜST-dən AÇIQLAMA

37894

Pandemiya ərzində dünyada koronavirus infeksiyasına ümumilikdə 228 394 572 yoluxma qeydə alınıb.

Bu barədə Bizim.Media Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Qeyd edilir ki, son bir gün ərzində dünyada COVID-19-a daha 453 600 yoluxma aşkarlanıb.

Məlumata görə, COVID-19-dan ölən pasiyentlərin sayı 4 690 186 nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və digər ölkələr bölüşdürür.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO