Polis binadan atılan uşağı havada tutdu - FOTO

Polis binadan atılan uşağı havada tutdu - FOTO

Hazırda oxunan: Polis binadan atılan uşağı havada tutdu - FOTO

37874

ABŞ-ın Nyu Cersi ştatında polis əməkdaşı 1 aylıq körpəni ölümdən xilas edib.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN”-də məlumat dərc edilib. Hadisə ştatın Cersi şəhərində baş verib. 

Yaşayış binasındakı bir nəfər 1 aylıq körpəni ikinci mərtəbədən atmaqla hədələyib.

Polis sözügedən şəxsi sakitləşdirmək üçün danışıq aparsa da, bunun faydası olmayıb. Qəzəbli şəxs körpəni ikinci mərtəbədən yerə atıb.

Lakin ərazidə olan Eduardo Matute adlı polis sayıq davranaraq körpəni yerə düşmədən tuta bilib.

Şübhəli şəxsin cinayətə təşəbbüs, ağır yaralama və azyaşlının sağlamlığını təhlükəyə atma ittihamları ilə saxlanıldığı bildirilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO