Permli qatilin atası danışdı: “ŞOKDAYAM”

Permli qatilin atası danışdı: “ŞOKDAYAM”

Hazırda oxunan: Permli qatilin atası danışdı: “ŞOKDAYAM”

37832

Perm Universitetində atışmanı təşkil edən 18 yaşlı gənc Timur Bekmansurovun atası oğlu haqqında danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Onun dediyinə görə, o, Samarada, Timur isə anası ilə Permdə yaşayır.

"Permə gəlməliydim, ancaq sorğu burada olacaq. Mən özüm hələ də şokdayam, özümə gələ bilmirəm. Görün nə edib?”. Timurun atası belə deyib.

O, baş verənlərlə bağlı Timurun anası (keçmiş həyat yoldaşı) ilə danışdığını söyləyib: “Qadın o vaxt polis tərəfindən dindirilirdi. Şokda olduğunu, normal danışa bilmədiyini dedi”.

"Timur həmişə kompüter qarşısında otururdu. "Niyə gəzməyə getmirsən?" sualını verirdim. “Gəzmək istəmirəm, kompüterdə otururam" cavabını verirdi”, deyə kişi əlavə edib.

20 sentyabr bazar ertəsi səhər saatlarında silahlı bir şəxs Perm Dövlət Universitetinin kampusuna girərək atəş açıb. Hadisə ilə bağlı Rusiyada cinayət işi açılıb. Şübhəli şəxs müəyyən edilərək saxlanılıb və sonra xəstəxanada ölüb.

Səhiyyə Nazirliyindən verilən son məlumata görə, atışma nəticəsində 24 nəfər yaralanıb, 6 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO