Perm Universitetində qətliam törədən gənci polis leytenantı necə güllələdi?  - TƏFƏRRÜAT - VİDEO

Perm Universitetində qətliam törədən gənci polis leytenantı necə güllələdi?  - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Perm Universitetində qətliam törədən gənci polis leytenantı necə güllələdi?  - TƏFƏRRÜAT - VİDEO

37805

Perm Universitetində atəş açan 18 yaşlı Timur Bekmansurovu polis kiçik leytenantı Konstantin Kalinin zərərsizləşdirib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, o, hadisə ilə bağlı “LIFE SHOT” nəşrinə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Perm Universitetində atışma: Ölən və yaralananlar var – ANBAAN VİDEO


Kalininin dediyinə görə, Universitetdə baş verən atışma haqda ona şahidlərdən biri informasiya verib. 

Polis həmkarı ilə birgə həmin yerə gedib və insanların binadan qaçdığını görüb. Kalininin ortağı tələbələrin təxliyəsi ilə məşğul olub, o isə atışma səsi eşidilən mərtəbənin əsas girişindən içəri keçib.

"İkinci mərtəbəyə qaçanda silahlı bir gəncin pilləkənlərdən aşağı endiyini gördüm. Ona qışqırdım: "Silahı at!". O, isə silahını mənə tərəf tuşlayıb güllə atdı. Bundan sonra odlu silahdan istifadə etdim” deyə o, qeyd edib.

Bundan sonra atıcı yerə yıxılıb. Kalinin ona yaxınlaşaraq silahını, bıçağını və patronlarını bir kənara qoyaraq ilk tibbi yardım göstərməyə başlayıb.

Xatırladaq ki, atıcı sağdır və son dərəcə ağır vəziyyətdə reanimasiyadadır.

Bekmansurov bazar ertəsi səhər Perm Dövlət Universitetində atəş açmağa başlayıb. Tələbələr binanın pəncərələrindən tullanaraq qaçıblar. Binanı tərk edə bilməyənlərdən sinif otaqlarında barrikada qurmalaqları istənilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO