Türkiyədə öldürülən Təranə ilə bağlı qardaşından AÇIQLAMA 

Türkiyədə öldürülən Təranə ilə bağlı qardaşından AÇIQLAMA 

Hazırda oxunan: Türkiyədə öldürülən Təranə ilə bağlı qardaşından AÇIQLAMA 

37796

Ötən gün Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Təranə Yamanın qətlə yetirilməsi barədə informasiya yayılıb. 

Bizim.Media xəbər verir ki, 2 uşaq anası olan 53 yaşlı Təranə Avanos rayonunda yaşayan Duran Aşar adlı tanışının evinə gedib.

Tərəflər arasında bilinməyən səbəbdən dava çıxıb və Aşar ov tüfəngi ilə qadına atəş açıb. Daha sonra isə Duran Yaşar Kayseridə özünü qatarın altına ataraq intihar edib. 

Qətlə yetirilən xanımın qardaşı Sənan Ağayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, xəbərlərin bacısının həmin evə qonaq getməsi şəklində yayılması doğru deyil: 

“Bacım illərdir ki, Türkiyədə təmizlik işçisi kimi çalışırdı. Qətlə yetirildiyi evə də neçə ildir ki, təmizlik işləri üçün gedirdi. Ev sahibi olan şəxs həmişə bacımın pulunu artıqlaması ilə ödəyib. Duran Aşarın intihar etməsinə görə düşünürük ki, qətli o törədə bilər. Ancaq hələ ki məsələ ilə bağlı istintaq gedir. İstintaqın nəticələri barədə bizə məlumat verəcəklər. Bundan əlavə, bacımın 53 yox, 41 yaşı var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO