Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi

Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi

Hazırda oxunan: Putin Permdə ölənlərin yaxınlarına başsağlığı verdi

37773

Rusiya Prezidenti Vladimir Putin Perm Dövlət Universitetində atışma zamanı yaxınlarını itirən hər kəsə başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

O, qeyd edib ki, hadisə ilə bağlı Putinə məlumat verilib.

"Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir" deyə Peskov vurğulayıb. 

Kremlin sözçüsü əlavə edib ki, Putin baş nazir Mixail Mişustinə göstəriş verib ki, elm və ali təhsil naziri Valeri Falkov və səhiyyə naziri Mixail Muraşko ölənlərin  yaxınlarına yardım təşkil etmək üçün Permə getsinlər.

Xatırladaq ki, 18 yaşlı Timur Bekmansurov bazar ertəsi səhər Perm Dövlət Universitetində atəş açmağa başlayıb.

Tələbələr binanın pəncərələrindən tullanaraq qaçıblar. Binanı tərk edə bilməyənlərdən sinif otaqlarında barrikada qurmaları istənilib. Son məlumatlara görə, 8 nəfər öldürülüb, təcavüzkar zərərsizləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO