"Məktəbə hücum etmək istəyirdim": Permli atıcının MƏKTUBU tapıldı

Hazırda oxunan: "Məktəbə hücum etmək istəyirdim": Permli atıcının MƏKTUBU tapıldı

37755

59.ru portalının jurnalistləri sosial şəbəkələrdə Perm Universitetində atəş açan 18 yaşlı Timur Bekmansurov tərəfindən yazılmış bir qeyd tapıblar.

Bizim.Media xəbər verir ki, şübhəli öz səhifəsində "bu barədə uzun müddət düşündüyünü və xəyal etdiyini" yazıb. Bundan əlavə, əvvəlcə o, məktəbə hücum edəcəkmiş.
 

MÖVZU İLƏ BAĞLI:

Perm Universitetində atışma: Ölən və yaralananlar var – ANBAAN VİDEO


Təcavüzkar hadisənin terror hücumu olmadığını deyib:

“Heç bir ekstremist təşkilatın, dini və siyasi qurumun üzvü deyiləm. Əmin edirəm ki, planlarımdan kimsənin xəbəri yoxdur”.

Yazıda şübhəli, silah lisenziyasını necə əldə etdiyini ətraflı izah edib. Psixoloqun ona ünvanlayacağı suallara necə cavab verəcəyini də deyib. O, silahların təhlükəsiz idarə olunması üçün sınaqdan tez keçdiyini söyləyib.

Kazandakı faciədən sonra Timur silahın saxlanılması üçün əlavə yoxlamalardan da keçib.
 

Təcavüzkar əvvəlcə məktəbə hücum edəcəyini, ancaq planının dəyişdiyini, alış -veriş mərkəzini, qatar stansiyasını və digər izdihamlı yerləri düşündüyünü bildirib. O, özünü idarə etmənin nə qədər çətin olacağını da xüsusi vurğulayıb.


İlkin məlumata görə, atışma zamanı 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO