\

\"The Fantastic Beasts\" sevərlərə üzücü xəbər - Coni Deep filmi tərk etdi

Hazırda oxunan: \"The Fantastic Beasts\" sevərlərə üzücü xəbər - Coni Deep filmi tərk etdi

3752

Məşhur aktyor Coni Deep "Fantastik Canavarlar 3" filmindəki "Gellert Grindelwald" rolundan ayrılıb.

Bizim.Media "BBC"-ə istinadən bildirir ki, "Warner bros" şirkətinin istəyi ilə Coni Deep rolunu Danimarkalı aktyor Mads Mikkelsenə təhvil verir.

Filmin ikinci seriyası "Grindelwald'ın günahları" 2018-də təqdim edilib. 2 ildən sonra 3-cü hissənin çəkilişlərinə başlanılmışdı. Lakin koronavirus səbəbi ilə çəkilişlərin ləngiməsi bütün planları alt-üst edib.

Həmçinin qeyd olunur ki, serialda rolların təyin olunması və ssenari mövzusunda da böyük gərginlik yaşanır. Böyük izləyici fanatı olan Coni Deep'in serialdan getməsi isə bu gərginliyi daha da artırıb.

Xatırladaq ki, Mads Mikkels "Hannibal", "Doctor Strange", "Rogue one" və "Polar" kimi məşhur filmlərdə rol alıb.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO