The Jewish Press: “Ermənilər Füzulidə minalardan başqa heç nə saxlamayıb”

The Jewish Press: “Ermənilər Füzulidə minalardan başqa heç nə saxlamayıb”

Hazırda oxunan: The Jewish Press: “Ermənilər Füzulidə minalardan başqa heç nə saxlamayıb”

37447

“Bu yaxınlarda Azərbaycana səfərim zamanı Qarabağ bölgəsində Füzuli beynəlxalq aeroportunun yaradılması ilə bağlı tikinti işlərinin şahidi oldum. Füzuli Birinci Qarabağ müharibəsi dövründə dağıdılmış və məhv edilmiş şəhərlərdən biri olub. Erməni ordusu işğal illərində bu ərazidə çox geniş tank tunellərindən və saysız-hesabsız minalardan başqa heç nə qoymayıb”.

Bizim.Media xəbər verir ki, israilli xanım jurnalist Raxel Avraam “The Jewish Press” üçün hazırladığı müsahibəni bu sözlərlə başlayıb.  

Onun suallarına cavab verən isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut olub.

İsrailli ekspert deyib ki, işğaldan azad edilmiş ərazidə bircə də olsun bina, uşaq bağçası, məktəb, kitabxana və muzey salamat qalmayıb:

“Əgər ermənilər bu əraziləri “özlərininki” adlandırırlarsa, nəyə görə bu ərazilər məhz erməni işğalından sonra belə kabus-şəhərlərə oxşayır?! Füzulidə aeroportun açılması yeni Qarabağın bərpasında, bu regionun inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik çiçəklənən diyara çevrilməsində çox mühüm mərhələdir, lakin sonuncu mərhələ deyil. Gələcəkdə Füzuli beynəlxalq aeroportu Qarabağın mərkəzi nəqliyyat qovşağına çevriləcək, Azərbaycanla həmhüdud dövlətlərlə yanaşı bir sıra başqa ölkələrdən sərnişin və yük daşınması xidmətləri göstərəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO