Şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix” onlayn kinoteatrı məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edib.
İddiaya ABŞ-ın Los-Anceles Federal Məhkəməsində baxılacaq.
Qaprindaşvilinin bu addımı atmasına səbəb serialın son seriyasında onun kişi şahmatçılarla qarşılaşmadığının bildirilməsidir. Halbuki, o karyerası ərzində 59 kişi şahmatçı ilə oyun keçirib.
Ekran əsərində gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub. N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.
Bizim.Media