Sentyabrın 14-də Düsseldorfdan Azərbaycana göndərilənlərin siyahısında olan, amma deportasiya prosesindən yayınan azərbaycanlılar polis tərəfindən axtarşa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şimali Reyn Vestfaliya Daxili İşlər Nazirliyi yayıb.
Vurğulanıb ki, deportasiyadan yayınan Azərbaycan vətəndaşlarının sayı 5-dir.
MÖVZU İLƏ BAĞLI:
Çox sayda azərbaycanlı Almaniyadan deportasiya ediləcək
Sentyabrın 13-ü deportasiya ediləcək şəxslərin ünvanlarına baş çəkən polis və miqrasiya idarəsinin əməkdaşları ikisi bir ailənin üzvü olmaqla ümumilikdə 5 nəfəri evlərində tapmayıblar.
Qeyd edək ki, sentyabrın 14-də bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən Azərbaycan vətəndaşları "Atletlər kənd"inə aparılıblar. (report)
Bizim.Media