Cənubi Qütbün üzərindəki ozon dəliyinin ölçüsü son bir həftə ərzində Antarktidanın ölçüsünü aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Copernicus atmosfer monitorinqi xidmətinin mütəxəssisləri “The Guardian”a danışıblar.
Antarktida üzərindəki ozon təbəqəsi hər il avqustdan oktyabr ayına qədər incələşir və dəlik sentyabrın ortalarından oktyabrın ortalarına qədər maksimum ölçülərinə çatır. Bu il dəlik 1979-cu ildən bəri 75% çoxalıb. Bunun səbəbləri bilinmir.
MÖVZU İLƏ BAĞLI:
Şimşəkdən sonra havada zəhər qatı artır - Ozon haqqında BİLMƏDİKLƏRİMİZ
2020-ci il oktyabrın əvvəlində, ozon dəliyi 24 milyon kvadrat km-ə qədər genişlənib.
Demək olar ki, bütün əvvəlki illərdəki ölçüdən daha çoxdur.
Dəliyin 2021-ci ildə eyni ölçüdə qalması ehtimalı var idi, lakin artıq o, böyüməyə davam edir.
Ozon təbəqəsi planetimizi ultrabənövşəyi şüalardan qoruyur. Xlorofluorokarbonlar kimi sintetik birləşmələrin istifadəsi son əsrdə ozon dəliyi yaradıb. Sonra ozon təbəqəsi tədricən bərpa olunur, lakin bu proses çox yavaş gedir.
Bizim.Media