Bayden haqqında 10 dəhşətli FAKT

Bayden haqqında 10 dəhşətli FAKT

Hazırda oxunan: Bayden haqqında 10 dəhşətli FAKT

37086

1.Bayden uşaqlıqda kəkələmədən əziyyət çəkib.

Bizim.Media xəbər verir ki, hazırkı Amerika liderinin 10 yaşı olanda tay-tuşları kəkələməyinə görə onu araya qoyurdular. 
 

MÖVZU İLƏ BAĞLI:

Baydeni canlı yayım zamanı pərt etdilər - VİDEO


Soyadını belə deyə bilməyən Baydenin məktəb ləqəbi “Bye-Bye” (görüşənədək) olub. Lakin təslim olmayan Bayden 13 yaşında pəltəkliyə qalib gəlib.

2. Dəhşətli ailə faicəsi yaşayıb.

1972-ci ildə Cozef Baydenin özünün ilk həyat yoldaşı və qızı Naomini avtoqəzada itirib. Onun iki oğlu da həmin vaxt maşında olsalar da, sağ qalıblar. Hadisədən bir az əvvəl senator seçilən Bayden istefaya getmək istəsə də, Mayk Mensfild onu siyasi fəaliyyətini davam etdirməyə inandırıb. 

3.Nə çəkir, nə də içir.

Bu haqda özü deyir ki, “mənim ailəmdə yetərincə alkoqolik olub”. Anasındakı irland genləri onun ailəsindəki içki aludəçiliyinin real olduğuna şübhə yaratmır.

4.Dondurmaları sevir.

Bayden etiraf edib ki, o, şirniyyat sevəndir və ən çox xoşuna gələn də məhz dondurmalardır. 

5.Vyetnam müharibəsinə düşə bilərdi.

Bayden hüquq təhsilini bitirdikdən sonra ona Vyetnamda xidmət etmək çağırışı gəlib. Astmaya görə aldığı icazələr isə savaş bitənə qədər Conun işinə yarayıb.

6.ABŞ-ın ən kasıb dövlət məmurlarındandır.

2014-cü ildə Bayden ABŞ-ın ən az imkanı olan dövlət qulluqçularından biri olub. Belə ki, 588 nəfərlik siyahıda o, 577-ci yerə çıxıb.

7.İraqa hücumu əvvəlcə dəstəkləyib, ardınca fikrindən dönüb.

2002-ci ildə Bayden İraqda savaşın lehinə səs verib. Hətta Corc Buş İraqa hücum haqqında qətnaməyə qol çəkəndə də Bayden Ağ Evdə olub. Ancaq sonradan Bayden öz qərarını yanlış adlandırıb və ABŞ-ın orada hərbi mövcudluğuna qarşı çıxıb.

8.Öz prezidentliyini çoxdan planlaşdırıb.

Hələ ilk evliliyində, mərhum həyat yoldaşının anası ilə tanış olanda Bayden qayınanasının pul qazanmaqla bağlı sualına belə cavab verib:

“Mən prezident olmaq istəyirəm”.

9. Üçüncü cəhddən sonra prezident olub.

Bayden ilk dəfə 1987-ci ildə prezidentliyə namizədliyini irəli sürüb. İkinci dəfə onun prezident olmaq arzusu 2008-ci ilə təsadüf edib. 

10. Ən qoca prezident

Bayden Amerika tarixinin ən yaşlı prezidentidir. Onun 78 yaşı var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO