Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk 1 milyard dollardan çox rus silahı almaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, informasiyanı BelTA agentliyi yayıb.
Lukaşenko xatırladıb ki, hazırda respublikaya S-400 raket komplekslərinin tədarük perspektivləri müzakirə olunur.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Belarusla necə birləşir? – İLK MÜDDƏALAR
"İndi S-300 kompleksləri Belarusun qərb istiqamətini tamamilə bağlayıb. İndi cənub istiqamətini də möhkəmləndirdik”. “Belarus bu gün” nəşri Lukaşenkodan sitat gətirib.
Belarus dövlətinin başçısı Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqların ikinci mərhələsində müdafiə və təhlükəsizlik məsələlərinə böyük diqqət yetirildiyini qeyd edib.
Bizim.Media