Kraliça II Yelizaveta Emma Radukananı təbrik etdi - FOTO

Kraliça II Yelizaveta Emma Radukananı təbrik etdi - FOTO

Hazırda oxunan: Kraliça II Yelizaveta Emma Radukananı təbrik etdi - FOTO

36563

Böyük Britaniya kraliçası II Yelizaveta 18 yaşlı britaniyalı Emma Radukananı ABŞ Açıq Çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, informasiyanı “championat.com” saytı yayıb.

"ABŞ Açıq Tennis Çempionatında qazandığınız uğur münasibətilə təbrik edirik. Bu, gənc yaşınız üçün diqqətəlayiq bir nailiyyətdir, zəhmətinizin və fədakarlığınızın sübutudur.

Şübhə etmirəm ki, sizin və rəqibiniz Leylan Fernandezin üstün performansı gələcək nəsil tennisçiləri ruhlandıracaq. Sizə və çoxlu pərəstişkarlarınıza ən xoş arzularımı göndərirəm” deyə Kral Ailəsinin rəsmi saytında yazılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İngiltərə tennisçisi ilk dəfə “US Open” turnirinin qalibi oldu - VİDEO


Xatırladaq ki, US Open-in həlledici görüşündə Radukanu Kanada təmsilçisi Leylan Fernandezi 6: 4, 6: 3 hesabı ilə məğlub etmişdi.

Radukanu ilk karyera titulunu qazanıb. Yalnız 7 iyun 2021-ci ildə Emma WTA turnirlərinin əsas çəkilişlərində ilk matçını keçirib.

19 yaşlı Fernandez 2020-ci ildə ABŞ Açıq Çempionatının yalnız ikinci turuna çıxıb.

Bu, 17 yaşlı Serena Uilyamsın 18 yaşlı Martina Hingisi məğlub etdiyi 1999-cu ildə US Open-dan sonra 20 yaşadək tennisçilər arasında keçirilən ilk Böyük Dəbilqə finalı idi.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO