Sentyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş baş tutub.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, tərəflər 2023 -cü ilin dekabrına qədər vahid qaz bazarı haqqında müqavilə imzanması ilə bağlı razılıq əldə ediblər.
Danışıqlar zamanı Vladimir Putin və Aleksandr Lukaşenko müzakirə olunan məsələlərin hamısında razılıq əldə edə biliblər.
Putinin sözlərinə görə, əməkdaşlığın genişləndiriləcəyi digər sahələrə valyuta sistemlərinin inteqrasiyası, dolayı vergilərin alınma prinsipləri və terrorizmlə mübarizə daxildir.
Bizim.Media