Jan-Pol Belmondonun həyatının son günləri məlum oldu

Jan-Pol Belmondonun həyatının son günləri məlum oldu

Hazırda oxunan: Jan-Pol Belmondonun həyatının son günləri məlum oldu

35849

Məşhur fransız aktyor Jan-Pol Belmondonun vəkili Mişel Qodest sənətçinin həyatının son günləri barədə danışıb.

Bu barədə Bizim.Media AFP-yə istinadən xəbər verir.

Məlum olub ki, aktyor son zamanlar güclü yorğunluqdan əziyyət çəkib. Hüquqşünasın sözlərinə görə, o, evində vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur Fransalı aktyor VƏFAT EDİB 


​​​​​​​Qeyd edək ki, aktyor dünən vəfat edib. O, 88 yaşında dünyasını dəyişib. Belmondonun ölüm səbəbi açıqlanmır.

Aktyor 100-dən çox filmə çəkilib. O, "Peşəkar", "Son nəfəsdə", "Xüsusi detektiv", "Riodan gələn insan", "Çox gözəl", "Ağılsız Pyero" və digər filmlər sayəsində məşhur olub.

Xatırladaq ki, Belmondo 2001-ci ildə insult keçirib və sonrakı yeddi il boyunca ekrana çıxmayıb. Aktyor 2015-ci ildə karyerasına son qoyduğunu bildirib, amma iki ay sonra maraqlı təkliflərə açıq olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO