Ərdoğan: “Şagirdlərimizə 2 milyon kompüter hədiyyə etdik”

Ərdoğan: “Şagirdlərimizə 2 milyon kompüter hədiyyə etdik”

Hazırda oxunan: Ərdoğan: “Şagirdlərimizə 2 milyon kompüter hədiyyə etdik”

35746

Təhsilə hazırlıq prosesində aidiyyəti bütün qurumların, eləcə də alimlərimizin fikirlərini öyrəndik. Milli Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə tədbirləri və atılacaq addımları müəyyənləşdirdi. Valideynlərin övladlarını təhlükəsiz şəkildə məktəbə göndərə biləcəyi bir təməl yaratdıq.


Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 2021-2022-ci təlim-tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib.Türkiyədə aparılan vaksinasiya prosesi haqqında danışan Prezident deyib:
 

“Könüllü olaraq davam etdirdiyimiz peyvəndləmə prosesində artıq ümumilikdə 100 milyon doza həddinə çatırıq.


Ölkəmizdə hər bir vətəndaş pulsuz və sürətli şəkildə peyvəndlənə bilir. Bir çox ölkələrin hələ də kütləvi peyvəndlə bağlı ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, bu rəqəm ölkəmiz üçün əhəmiyyətli bir uğurdur.

Ənənəvi təhsili davam etmək qərarındayıq.Keçən il başlayan və artıq uzun zamandır dünyanı sarsıdan koronavirus pandemiyası təhsilə də mənfi təsir göstərdi.

Demək olar ki, hər bir ölkə xəstəliyə nəzarət etmək üçün küçə qadağaları da daxil olmaqla bir sıra sərt tədbirlərə əl atıldı. Türkiyə olaraq, ölümcül təsirin yüksəkliyini nəzərə alaraq ehtiyatlı davranmalı olduq.

Uşaqlarımızın və müəllimlərimizin sağlamlığını təhlükəyə atmamaq üçün maksimum həssaslıq göstərdik. Bəzən məktəbləri açaraq bu dövrü geridə qoyduq.

Uşaqlarımızın pandemiya dövründə təhsillərinin davamiyyətini təmin etdik. Bu günədək şagirdlərimizə iki milyon kompüter hədiyyə etdik. Şagirdlərimizin önündəki ümidi görür, ölkəmizin aydınlıq gələcəyinə bütün qəlbimlə inanıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO