Hindistan ordusu son günlərdə baş nazir Narendra Modinin göstərişi əsasında pilotsuz aparatlar əldə etmək üçün bir neçə müqavilə bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın “The Print” nəşri məlumat yayıb.
Belə ki, bu müqavilələrin imzlanmasına təsir edən ən önəmli faktorlardan biri kimi Azərbaycan-Ermənistan müharibəsinda ölkəmizin uğurlu təcrübəsi göstərilib.
MÖVZU İLƏ BAĞLI:
''Forbes'' - ''Ermənilər 1994-cü ildəkinə bənzər savaş aparacaqlarını gözləyirdi''
Hindistan hökumətinin bağladığı müqavilələr isə kamikadze-dronların, müxtəlif müşahidə PUA-larının, üzən pilotsuz aparatların və digərlərinin təchizatını nəzərdə tutur.
Qeyd edək ki, Hindistan Azərbaycanın 44 günlük savaş təcrübəsini hələ ilk günlərdən diqqətlə izləyən ölkələrdən biridir.
Bizim.Media