Avropada ABŞ-dan müstəqil silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında parçalanmaya səbəb olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib:
MÖVZU İLƏ BAĞLI:
NATO-nun Baş katibindən Rusiyaya ÇAĞIRIŞ
"Mən Avropanın əlavə müdafiə səylərini alqışlayıram, ancaq NATO-nu heç vaxt əvəz edə bilməz. Biz əmin olmalıyıq ki, Avropa və Şimali Amerika birləşəcək".
Onun fikrincə, "Şimali Amerika ilə Avropa arasındakı əlaqələri zəiflətmək üçün hər hansı bir cəhd NATO-nu zəiflətməklə yanaşı, Avropanı parçalayacaq".
Bizim.Media