Əfqanıstan Müqavimət ordusu Kabulun şimalındakı Pərvan əyalətinin mərkəzi olan Çarikar şəhərini ələ keçirib. “Taliban” qüvvələri ağır itki verərək, geri çəkilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Müqavimət ordusunun nümayəndələri “Twitter”də yazıb ki, dünən gecə “Taliban” bir neçə istiqamətdən Pəncşir Vadisinə hücumlarını davam etdirib.
Onların sözlərinə görə, “Taliban” hücuma başlamazdan əvvəl Pəncşirin internetini, rabitəsini və elektrik təchizatını kəsib.
Qeyd olunur ki, “Taliban” ağır itkilər verib, döyüşçülərinin onlarla cəsədi döyüş meydanında qalıb. Həmçinin bildirilir ki, Əhməd Məsudun tərəfdarları Badaxşan əyalətində dörd rayonu taliblərdən geri almağı bacarıb.
Bizim.Media