Tesla avtopilotu qəza TÖRƏTDİ

Tesla avtopilotu qəza TÖRƏTDİ

Hazırda oxunan: Tesla avtopilotu qəza TÖRƏTDİ

35179

ABŞ-da Tesla elektromobilinin iştirakı ilə növbəti yol-nəqliyyat qəzası baş verib. Bu dəfə hadisə Florida ştatının Orlando şəhərində baş verib.

Bizim.Media xəbər verir ki, məlumata əsasən polislər öz avtomobillərini yol kənarında saxlayıblar ki, maşınında nasazlıq yaranan vətəndaşa yardım etsinlər.

Müəyyən müddətdən sonra isə polis avtomobilinin sol hissəsinə Tesla elektromobili dəyib. Lakin qəzanın baş verməsindən sonra Tesla elektromobili öz hərəkətini dayandırmayıb və vətəndaşın nasaz avtomobilinə də dəyib. Yol-nəqliyyat qəzası nəticəsində Tesla-nın sürücüsü və avtomobili nasaz olmuş şəxs yüngül travmalar əldə ediblər. Polislər zərər çəkməyiblər. 

Hadisənin günahkarı olan Tesla sürücüsü bütün günahı elektromobilin avtopilot sisteminin üzərinə atır.
 

Lakin onun sözlərini hələ ki, nə sübut nə də ki, təkzib etmək mümkün deyil. Adətən bu cür hadisələrin sonunda sürücülər bütün günahı avtopilot sisteminin üzərinə atırlar.


Lakin bir çox halda sonradan məlum olur ki, əslində günah sürücünün özündə olub. Qeyd etmək lazımdır ki, Tesla dəfələrlə qeyd edib ki, onun elektromobillərində olan avtopilot sistemi 5-ci səviyyəli avtopilot sistemi deyil. Buna görə də avtopilot sisteminin aktiv olduğu halında da sürücülər yola nəzarət etməli və əllərini elektromobil sükanından ayırmamalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO