İspaniyada əhalinin neçə faizi vaksinasiya OLUNDU?

İspaniyada əhalinin neçə faizi vaksinasiya OLUNDU?

Hazırda oxunan: İspaniyada əhalinin neçə faizi vaksinasiya OLUNDU?

35175

İspaniyanın Baş naziri Pedro Sançez ölkə sakinlərinin 70%-nin koronavirusa qarşı tam peyvənd edildiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Sançez tvitter hesabında yazıb. 

Baş nazir 40 yaşdan yuxarı sakinlərin 90%-dən çoxunun hər iki dozada, 20-29 və 12-19 yaş qruplarında olan yeniyetmə və gənclərin 70%-dən çoxunun birinci dozada peyvənd olunduğunu deyib. 

Pandemiyanın başlanmasından bəri İspaniyada 4,9 milyon sakin koronavirusa yoluxub, 84,4 mindən çox insan xəstəlikdən ölüb, 4,4 milyonu isə tamamilə sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO