Türkiyədə koronavirusdan rekord sayda ölüm - STATİSTİKA

Türkiyədə koronavirusdan rekord sayda ölüm - STATİSTİKA

Hazırda oxunan: Türkiyədə koronavirusdan rekord sayda ölüm - STATİSTİKA

0:00
0:00
35168

Türkiyədə bu il mayın 6-dan bəri yeni növ koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Belə ki, sutka ərzində xəstəlikdən 290 nəfər dünyasını dəyişib. Pandemiya başlayandan ölkədə ən çox ölüm aprelin 30-da olub (394 nəfər).

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 302 869 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 164 nəfər sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO