Sərnişin avtobusu uçuruma düşdü – 33 ölü var

Sərnişin avtobusu uçuruma düşdü – 33 ölü var

Hazırda oxunan: Sərnişin avtobusu uçuruma düşdü – 33 ölü var

35103

Peruda sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 33-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Andina agentliyi milli yol polisinin rəisi Elias Losadoya istinadən yayıb.

Ölkənin paytaxtına gedən avtobus çərşənbə axşamı səhər 200 metrdən çox yüksəklikdən uçuruma düşüb. Öncə 29 nəfərin öldüyü və 20 nəfərin yaralandığı bildirilmişdi.

Xilasedicilər daha dörd nəfərin - üç kişi və bir qızın cəsədini tapa biliblər. 

Faciənin səbəbləri hələ müəyyən edilməyib. Ehtimala görə sürücü yuxuya gedib və ya sürət həddini aşaraq nəqliyyat vasitəsinə idarəetməni itirib.

Agentliyin bildirdiyinə görə, bu günə qədər 11 ölünün şəxsiyyəti müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO