Taliban Pəncşir uğrunda AĞIR DÖYÜŞLƏR aparır

Taliban Pəncşir uğrunda AĞIR DÖYÜŞLƏR aparır

Hazırda oxunan: Taliban Pəncşir uğrunda AĞIR DÖYÜŞLƏR aparır

35079

Pəncşir, Pərvan və Bağlan əyalətlərinin müxtəlif bölgələrində Əfqanıstan Müqavimət Cəbhəsi qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşmalar davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Asvaka nəşri mənbələrə istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Məsuddan “Taliban”a ŞƏRT: “Bunu etsən...”


Nəşr yazır ki, döyüşlər çərşənbə axşamı yerli vaxtla saat 23:00 radələrində yaraqlıların hücumundan sonra başlayıb və hələ də davam edir. Ölənlərin sayı məlum deyil.

Bir gün əvvəl silahlılar üç vacib bölgəni və Pəncşir keçidlərini ələ keçirməyi bacardıqlarını və yaxın gələcəkdə "tam qələbə" elan edəcəklərini bildiriblər. Lakin sonradan müqavimət qüvvələri bu məlumatı təkzib ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO