ABŞ hərbi helikopteri suya düşdü – 5 itkin var

ABŞ hərbi helikopteri suya düşdü – 5 itkin var

Hazırda oxunan: ABŞ hərbi helikopteri suya düşdü – 5 itkin var

35068

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Kaliforniya ştatının San-Dieqo sahillərində suya düşüb.

Bizim.Media ABC News telekanalına istinadla xəbər verir ki, ABŞ Sakit Okean Donanmasının məlumatına görə, Abraham Lincoln aviadaşıyıcısının göyərtəsindən havaya qalxan MH-60S helikopteri sahildən təxminən 110 kilometr aralıda qəzaya uğrayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatdı


​​​​​​​Sahil mühafizəsi bildirir ki, bir nəfəri xilas etmək mümkün olub, beş nəfər itkin düşmüş sayılır.

“Axtarış-xilasetmə əməliyyatları sahil mühafizəsinin və hərbi dəniz donanmasının bir neçə hava və üzən vasitəsinin iştirakı ilə davam etdirilir”, - deyə donanmanın məlumatında bildirilir. ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında beş yüz ədəd MH-60S helikopteri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO