\

\"Windows 11\" nə vaxt istifadəyə veriləcək?

Hazırda oxunan: \"Windows 11\" nə vaxt istifadəyə veriləcək?

35051

"Windows 11" əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "Microsoft Corporation" məlumat yayıb. 

Artıq göstərilən tarixdən etibarən "Windows 11" quraşdırılmış kompüterlər satışa çıxarılacaq. 

Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. "Microsoft" 14 oktyabr 2025-ci il tarixinə qədər "Windows 10"a dəstək verəcək. 

“Windows 11”də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. “Start” menyusu yenilənmiş sistemdə ekranın mərkəzində olacaq. 

Bundan başqa, əməliyyat sistemi iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər əldə edib. Yeni versiya özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO