100 mindən çox tibb bacısı COVID-19-a YOLUXDU  

100 mindən çox tibb bacısı COVID-19-a YOLUXDU  

Hazırda oxunan: 100 mindən çox tibb bacısı COVID-19-a YOLUXDU  

35018

İranda 100 min nəfərdən çox tibb bacısı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

Bizim.Media xəbər verir ki, bunu İranın Tibb bacısı işçiləri sisteminin İdarə Heyətinin sədri Armin Zareiyan deyib. 

O bildirib ki, koronavirusa yoluxan tibb bacılarının 30 min nəfəri Tehrandakı xəstəxanalarda çalışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bir kişi 6 ayda 6 dəfə COVID-19-a yoluxdu


A. Zareiyan qeyd edib ki, peyvənd edilmiş 30 tibb bacısı koronavirusun “Delta” ştammına yoluxub.

O qeyd edib ki, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var. 

Xatırladaq ki, ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO