Litvada son sutka ərzində COVID-19 virusuna görə 15 min 605 nəfərdən test götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiyanın yayıldığı tarixdən indiyədək ölkədə 4 milyon 423 min 864 nəfər müayinə olunub.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusdan ölüm halları niyə artır? - SƏBƏBLƏR
Nazirliyin məlumatına əsasən, Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 646 nəfər artaraq 298 min 825-ə çatıb.
Ölkədə COVID-19-dan 4561 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 280 min 597 nəfər təşkil edib.
Bizim.Media