35 metr hündürlükdə Budda heykəli UCALDILDI

35 metr hündürlükdə Budda heykəli UCALDILDI

Hazırda oxunan: 35 metr hündürlükdə Budda heykəli UCALDILDI

34668

Braziliyanın Espirito Santo əyalətinin şimalındakı İbirasu şəhərində nəhəng Budda heykəli ucaldılıb.

Bizim.Media “Ria Novosti”-yə istinadən xəbər verir ki, hündürlüyü 35 metr olan abidə Braziliyadakı ən böyük Budda heykəli hesab olunur. 

Zen Buddist monastırında qoyulan abidənin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb.

Aprel ayında dəmir-betondan hazırlanmış 350 tonluq heykəlin açılışı planlaşdırılsa da, pandemiya ilə əlaqədar tədbir təxirə salınıb.

Hər həftə sonu heykələ tamaşa etməyə təxminən 4 min adam gəlir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO