Kabil partlayışında ölənlərin 28-i “Taliban” döyüşçüsüdür - VİDEO

Kabil partlayışında ölənlərin 28-i “Taliban” döyüşçüsüdür - VİDEO

Hazırda oxunan: Kabil partlayışında ölənlərin 28-i “Taliban” döyüşçüsüdür - VİDEO

34413

Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən xəbər yayıb.

Amerikalılardan daha çox insan itirdiklərini söyləyən “Taliban” sözçüsü, Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyi barədə fikirlərini də bölüşüb.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib.

Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO