Ən çox hansı ölkənin qadınları ərinə xəyanət edir? - ARAŞDIRMA 

Ən çox hansı ölkənin qadınları ərinə xəyanət edir? - ARAŞDIRMA 

Hazırda oxunan: Ən çox hansı ölkənin qadınları ərinə xəyanət edir? - ARAŞDIRMA 

34408

Avropada aparılan bir araşdırma cütlər arasındakı sədaqət mövzusuna həsr edilib. 

"Gleeden" portal "İfop"a anket araşdırması etdirərək real nəticələri pyalaşıb. 

Bizim.Media xəbər verir ki, qadınların 77 faizinə görə xəyanət edənlər qadın, 23 faizinə görə isə kişilərdir. Araşdırmaya görə Avropada həyat yoldaşına ən çox xəyanət edən kişilər italyanlardır.

Qadınlarda isə bu göstərici almanlarda daha yüksəkdir. Anket sorğusunda 5min 26 nəfər iştirak edib. 

"Euronews"un xəbərinə əsasən, Avropa ölkələrində cinsi azadlıq artsa da, qadınlar üzərində cəmiyyətin təzyiqi daha çox hiss edilir. Qadınlar kişilərə nisbətən daha az xəyanətə meylli olurlar.

Bununla belə, son 50 ildə həyat yoldaşına ən azı 1 dəfə xəyanət etdiyini etiraf edən qadınların sayı 270 faiz artım olub. Kişilərdə isə eyni zaman dilimində bu artım 63 faiz təşkil edib. 

1970-ci ildən bu yana partnyorunu aldadan qadınların sayı kişilərə nisbətən 4 dəfə artıb. Buna rəğmən, 2019-cu ildə kişilərin 49 faizi, qadınların isə 37 faizi həyat yoldaşına ən azı 1 dəfə xəyanət edib. 

Qadınlar arasında ən çox alman qadınları xəyanət edir. Faiz nisbəti 43 olan bu qadınları 37 faizlə Fransa və 33 faizlə İtaliya və İngiltərə izləyir.

Ərlərinə ən sadiq olan isə ispan qadınlardır. Amma ən çox xəyanət edən də italyan və ispan kişiləridir. Qadın və kişilər arasında aldatma fərqi ən az olan ölkə isə Almaniyadır.(ölkə.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO