Qonşu ölkədə koronavirusdan 700-ə yaxın şəxs öldü

Qonşu ölkədə koronavirusdan 700-ə yaxın şəxs öldü

Hazırda oxunan: Qonşu ölkədə koronavirusdan 700-ə yaxın şəxs öldü

34382

İranda ötən sutka ərzində 36 758 nəfər koronavirusa yoluxub, 694 nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 104 716 nəfərə, yoluxanların sayı isə 4 833 135 nəfərə çatıb.

Virus daşıyıcılarından 7 788 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada koronavirusla bağlı SON STATİSTİKA


Ümumilikdə, İranda təxminən 24,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 17,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 7,15 milyon təşkil edir. 

Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO