Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.
Bizim.Media xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.
Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:53 / 25.08.2021
Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar...”
Hazırda oxunan: Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar...”
Hazırda oxunan: Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar...”
34130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.