Türkiyədə 11 terror aktı törədən PKK-lı yaxalandı – FOTO

Türkiyədə 11 terror aktı törədən PKK-lı yaxalandı – FOTO

Hazırda oxunan: Türkiyədə 11 terror aktı törədən PKK-lı yaxalandı – FOTO

34120

Türkiyənin İstanbul şəhərində ölkədə həyata keçirilmiş bir neçə terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb.

Bu barədə Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, şərti adı “Rodi Çevlik” olan Sonuç Gürdeğir İstanbulun Ataşəhir rayonunda yaxalanıb.

O, 11 terror aktında iştirak edib. Sonuç Gürdeğir 2014-cü ilin 10 sentyabrında Bingöldə təhlükəsizlik rəsmisinin və mühafizəçisinin yaralanması, habelə təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının həlak olması ilə nəticələnən terror aktında iştirak edib. Bununla yanaşı, 2016-cı ilin 1 avqustunda zırehli avtomobilin partladılması, 7 polis əməkdaşının öldürülməsi, 3-nün yaralanması ilə nəticələnən digər terror aktında iştirak edib.
 

Sonuç Gürdeğir eləcə də digər terror aktlarının iştirakçısı olub. O, xüsusi əməliyyatla yaxalanıb.


Türkiyənin cənub-şərqindəki Şirnak əyalətində isə PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. Bu barədə isə “Anadolu” agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO