KKTC prezidenti BMT rəsmisini qəbul edəcək

KKTC prezidenti BMT rəsmisini qəbul edəcək

Hazırda oxunan: KKTC prezidenti BMT rəsmisini qəbul edəcək

3412

Noyabrın 30-da BMT Baş katibinin Kipr üzrə müvəqqəti xüsusi müşaviri Jan Holl Lute Kiprə səfər edəcək.

Bizim Media xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyi məlumat yayıb.

Məlumata görə, KKTC Prezidenti Ersin Tatarın BMT təmsilçisini dekabrın 1-də qəbul edəcəyi gözlənilir.

Jan Holl Lutenin Cənubi Kiprin rəhbəri Nikos Anastasiadis ilə də eyni gündə görüşəcəyi deyilir.

Jan Holl Lutenin adaya səfəri dekabrın 2-də başa çatacaq.

Ağanisə Sultan, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO