Ukraynada Müstəqillik Günü ilə bağlı parad keçirilib - FOTOLAR

Ukraynada Müstəqillik Günü ilə bağlı parad keçirilib - FOTOLAR

Hazırda oxunan: Ukraynada Müstəqillik Günü ilə bağlı parad keçirilib - FOTOLAR

34067

Kiyevin mərkəzi Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunan təntənəli hərbi parad keçirilib. 

Bizim.Media paradda Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandaı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Petro Poroşenko və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər. 

Paradın açılışı zamanı balaca ukraynalı qızın hərbçiləri gül ilə qarşılaması Vladimir Zelenskini kövrəldib, ölkə başçısı göz yaşlarına hakim ola bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada hərbi paradda “Bayraqdar” PUA-ları nümayiş etdirildi - VİDEO


Prezident çıxışında Ukraynanın 30 illik yox, min illik dövlət olduğunu bildirib.

O Ukraynanın müstəqilliyinin tək ukraynalılar deyil, ölkə vətəndaşı olan bütün etnik xalqlar üçün də dəyərli olduğuna əminliyini ifadə edib.

Prezident çıxşında Ukraynanın ərazi bütövlüyünün bərpasına da toxunub. 

Müstəqillik Günü ilə bağlı hərbi parad Kiyevdən başqa, Ukraynanın Odessa şəhərində də keçirilib. 

Bizim.Media


 



 


 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO