Dünyada koronavirusa yoluxanların SON STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların SON STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların SON STATİSTİKASI

33963

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

Bizim.Media “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 213 076 150 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 450 748 nəfərə çatıb. Virusa yoluxan 190 682 821 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO