Əfqanıstanın qaçan prezidentinin qızı ABŞ-da lüks həyat yaşayır - FOTO

Əfqanıstanın qaçan prezidentinin qızı ABŞ-da lüks həyat yaşayır - FOTO

Hazırda oxunan: Əfqanıstanın qaçan prezidentinin qızı ABŞ-da lüks həyat yaşayır - FOTO

0:00
0:00
33637

Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edərək, Birləşmiş ərəb Əmirliklərinə gedən və özü ilə 169 milyon dollarlıq sərvət apardığı iddia edilən Əşrəf Qaninin qızı Məryəmin Nyu-Yorkda lüksə həyat yaşadığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, həyatında yalnız bir dəfə Əfqanıstana getdiyi irəli sürülən 42 yaşlı Məryəm ölkəsi Əfqanıstanı Talibanın ələ keçirməsi, atasının ölkəni tərk etməsindən bir neçə gün sonra Bruklində dostları ilə gəzərkən görüntülənib.

Klinton Hilldə lüks həyat yaşayan prodüser Məryəmin dostları ilə söhbət etməsinin görüntüləri ortaya çıxıb.
 

Məryəm Qaninin əfqan qadınların və uşaqların dramı ilə bağlı bir çox film çəkdiyi, bunlarla yaxşı qazanc əldə etdiyi məlumdur. Ancaq son hadisələr zamanı səssiz qalması sərt reaksiyalara səbəb olub.


Bundan sonra o, Nyu-Yorkdakı sənət camiəsinə səslənərək, əfqan qadınlarına dəstək vermələrini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO