NATO XİN başçıları Əfqanıstanla bağlı bəyanat QƏBUL ETDİ

NATO XİN başçıları Əfqanıstanla bağlı bəyanat QƏBUL ETDİ

Hazırda oxunan: NATO XİN başçıları Əfqanıstanla bağlı bəyanat QƏBUL ETDİ

33554

NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barəd NATO-nun saytında məlumat yerləşdirilib. Birgə bəyanat bu gün XİN başçılarının Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasından sonra qəbul olunub.

Bəyanatda bildirilib ki, NATO xarici işlər nazirləri Əfqanıstandakı hadisələrdən narahatdır. XİN başçıları ölkədə şiddət və zorakılığın dərhal dayandırılması üçün çağırış ediblər: 
 

MÖVZU İLƏ BAĞLI:

NATO Əfqanıstana görə təcili toplanır


“BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli bəyanatına sadiq olduğumuzu təsdiqləyir, insan hüquqlarına və beynəlxalq humanitar hüququn norma və standartlarına hər vəziyyətdə riayət edilməsinə çağırırıq”.

Mövcud şəraitdə NATO Əfqanıstan hakimiyyətinə bütün dəstəyi dayandırıb. 

Gələcək hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməlidir; başda qadınlar, uşaqlar və azlıqlar olmaqla bütün Əfqanların insan haqlarını qorumaq; qanunun aliliyini qorumaq; maneəsiz humanitar girişə icazə vermək; Əfqanıstanın bir daha terrorçular üçün sığınacaq olaraq xidmət etməməsini təmin etmək”, - deyə bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO